Avropa İttifaqının Nümayəndəliyi və ABŞ Səfirliyinin birgə bəyanatı - "Milli Hərəkatı" mandatdan konstruktiv istifadə etməyə çağırırıq
Avropa İttifaqının Nümayəndəliyi və ABŞ Səfirliyinin birgə bəyanatı - "Milli Hərəkatı" mandatdan konstruktiv istifadə etməyə çağırırıq

Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi və ABŞ Səfirliyi Avropa İttifaqının mediasiyası ilə 19 apreldə nail olunan razılaşmanın yerinə yetirilməsi barəsində birgə bəyanat yayırlar. Bəyanatda qeyd olunub ki, “Milli Hərəkat” tərəfindən Parlamentə daxil olma barəsində qəbul olunan qərardan sonra, 150 deputatdan demək olar hamısı 2020-ci il Parlament seçkilərində verilən mandatdan istifadə edəcək, hansı da Gürcüstanın demokratik institutların gücləndirilməsinə doğru atılan daha bir pozitiv addımdır.

“Bu gün, Gürcüstanda ən böyük müxalif siyasi partiya, “Milli Hərəkat” bəyan etdi ki, onun partiyasından seçilən Parlament üzvləri Parlamentə daxil olacaqlar. Bu qərarın qəbul olunmasından sonra, 150 deputatdan demək olar hamısı 2020-ci il Parlament seçkilərində verilən mandatdan istifadə edəcək. Bu, Gürcüstanın demokratik institutların gücləndirilməsinə doğru atılan daha bir pozitiv addımdır. “Milli Hərəkatı” mandatdan konstruktiv istifadə etməyə çağırırıq”, – bəyanatda deyilir.

“Milli Hərəkat” partiyası Parlamentə daxil olur.

Bu barədə qərarı partiya siyasi şurasının bu günki iclasında qəbul etdi.

Bununla yanaşı, parlamentə daxil olmağa baxmayaraq, “Milli Hərəkatın” sədri, Nika Meliyanın açıqlamasına görə, Şarl Mişel tərəfindən təqdim edilən sənədə imza atmırlar.