Avropa İttifaqının Nümayəndəliyi - Avropa İttifaqının Gürcüstanda sülhə sədaqəti yalnız sözlər deyil, 2008-ci ildən müşahidə missiyamız 90 000-dən çox patrul həyata keçirib
Avropa İttifaqının Nümayəndəliyi - Avropa İttifaqının Gürcüstanda sülhə sədaqəti yalnız sözlər deyil, 2008-ci ildən müşahidə missiyamız 90 000-dən çox patrul həyata keçirib

 

Avropa İttifaqının Gürcüstanda sülhə və təhlükəsizliyə sədaqəti yalnız sözlər deyil – bu barədə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi sosial şəbəkədə yazır.

Nümayəndəliyin qeyd etdiyi kimi, 2008-ci ildən Avropa İttifaqının Müşahidə Missiyası 90 000-dən çox patrul həyata keçirib.

“Avropa İttifaqının Gürcüstanda sülhə və təhlükəsizliyə sədaqəti: bu, yalnız sözlər deyil. 2008-ci ildən Avropa İttifaqının Müşahidə Missiyası (EUMM) 90 000-dən çox patrul həyata keçirib, bu da inzibati sərhəd xətləri boyunca təhlükəsizlik və sabitliyi təmin edir.

Avropa İttifaqına üzv dövlətlərdən 220 müşahidəçi ilə bu missiya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə uzunmüddətli sadəqətin əyani təzahürüdür” – Avropa İttifaqının Nümayəndəliyi yazır.