Avropa İttifaqının Nəzarət Missiyasının rəhbəri – Odzisi keçidinin açılmasını alqışlayıram, hərəkətə qoyulan məhdudiyyətlər əhalinin həyatına mənfi təsir göstərir
Avropa İttifaqının Nəzarət Missiyasının rəhbəri Marek Şiqel Pasxa bayramı zamanı işğal olunmuş Sxinvali bölgəsində nəzarət-buraxılış məntəqələrinin açılmasını alqışlayır.
O, məsələnin İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi formatında fəal müzakirə edildiyini bildirib.
“Mən pravoslav Pasxa dövründə Odzisi keçid məntəqəsinin müvəqqəti açılmasını alqışlayıram. Bu məsələ həmsədrlər tərəfindən İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi formatında, o cümlədən aprelin 12-də keçirilən son görüşdə fəal müzakirə edilib və dəstəklənib. Hərəkət azadlığının məhdudlaşdırılması münaqişədən zərər çəkən insanların gündəlik həyatına mənfi təsir göstərir”, – deyə Aİ-nin Monitorinq Missiyasının rəhbəri bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, 2019-cu ilin sentyabrından sonra işğal altında olan Sxinvali rayonu istiqamətində bağlanan keçid məntəqələri bu gün açılıb.