Avropa İttifaqının liderləri Ukraynada müharibənin başlamasının üçüncü ildönümündə fevralın 24-də Kiyevə gedəcəklər
Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien tammiqyaslı müharibənin başlamasının üçüncü ildönümündə fevralın 24-də Kiyevə gedəcəklər. Bu haqda Antonio Koşta X sosial şəbəkəsində yazır.
“Bazar ertəsi, fevralın 24-ü Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin başlamasından üç il ötür. Mən qəhrəman Ukrayna xalqına və demokratik yolla seçilmiş prezident Zelenskiyə dəstəyimizi təsdiqləmək üçün Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienlə birlikdə bu münasibətlə Kiyevdə olmaq qərarını verdim” – Antonio Koşta yazır.
İspaniyanın Baş naziri Pedro Sançes də fevralın 24-də Ukraynanın paytaxtına səfər etməyi planlaşdırır.