Avropa İttifaqının xarici işlər nazirləri Buça səfərindən sonra birgə bəyanat yayırlar, bəyanata Macarıstandan başqa Avropa İttifaqının bütün üzv ölkələri qoşulub
Avropa İttifaqının xarici işlər nazirləri Buça səfərindən sonra birgə bəyanat yayırlar, bəyanata Macarıstandan başqa Avropa İttifaqının bütün üzv ölkələri qoşulub.
Nazirlər Rusiyanın 2022-ci ildə Buçada kütləvi qətl törətdiyini və bunun üçün məsuliyyət daşıdığını bildirirlər.
“2022-ci ildə Rusiyanın Kiyev bölgəsinin bəzi hissələrini müvəqqəti işğal etdiyi vaxt Buçada törədilən kütləvi vəhşiliklərin qurbanlarına hörmətimizi göstərmək üçün bu gün Kiyev və Buçaya toplaşdıq. Biz Buçada və Ukraynanın digər şəhər, qəsəbə və kəndlərində mülki əhalinin kütləvi qətllərə, işgəncələrə, cinsi zorakılığa, məcburi deportasiya və beynəlxalq humanitar və insan hüquqları qanunlarının digər ciddi pozuntularına məruz qaldığı qırğınların bütün qurbanlarını yad edirik. Rus qüvvələrinin çıxmasından sonra toplanmış sübutlar tam və hərtərəfli məsuliyyətin təmin edilməsinin zəruriliyini vurğulayır” – bəyanatda deyilir.
Nazirlər həmçinin Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirirlər.
“Rusiyanın təcavüzkar müharibəsinin bu beşinci ilində biz bir daha Ukraynanın müstəqilliyinə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünə qəti və sarsılmaz dəstəyimizi təsdiqləyirik” – bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, 2022-ci ilin mart ayında ukraynalılar Buçanı geri aldıqdan sonra şəhərdə yüzlərlə qətlə yetirilmiş mülki şəxsin cəsədini tapıblar. Ukrayna hakimiyyət nümayəndələri Buçada 300-dən çox mülki şəxsin öldürüldüyünü bildiriblər.