Avropa İttifaqının xarici işlər nazirləri Brüsselə toplaşırlar. Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaia Kalasın görüş başlamazdan əvvəl jurnalistlərlə söhbəti zamanı bəyan etdiyi kimi, bugünkü danışıqların əsas mövzusu Ukraynada davam edən müharibə olacaq.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir. Həmçinin, nazirlər Ukraynaya dəstək məsələsini müzakirə edəcəklər.
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Ukraynanın xarici işlər naziri Andrei Sibiqa ilə danışıqları virtual rejimdə baş tutacaq.
Bununla yanaşı, Ermənistanın xarici işlər naziri Brüsseldədir və o, avropalı həmkarları ilə məsləhətləşmələr aparacaq. Nazirlər görüşünün mövzuları arasında Yaxın Şərq, Suriya və Avropa İttifaqının Çinlə münasibətləri də var.
“Bu gün bir çox məsələləri müzakirə edəcəyik. İlk növbədə Ukrayna haqqında. Bu, maliyyələşdirmə məsələsi üçün həlledici həftədir. Ukraynanı dəstəkləmək üçün qəbul etməli olduğumuz qərarlar çox vacibdir. Həmçinin, bu gün Rusiyanın kölgə donanması ilə bağlı qərarlar qəbul edəcəyik. Sanksiyalar siyahısına 40 gəmi, eləcə də vasitəçiləri əlavə edəcəyik. Bütün bunlar Rusiyanın artıq bu müharibəni maliyyələşdirmək imkanına malik olmaması üçün edilir” – Kaia Kalas bildirib.