Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi - Avropa birliyi Peter Fişerə tam dəstəyini ifadə edir
Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi - Avropa birliyi Peter Fişerə tam dəstəyini ifadə edir

 

Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyində bəyan edirlər ki, Avropa birliyi Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerə tam dəstəyini ifadə edir. Missiya bu barədə məlumatı X-də yayır.

“Almaniya səfiri ilə həmrəyik. Avropa İttifaqının Ali Nümayəndəsinin bəyan etdiyi kimi, Avropa İttifaqı, ittifaq və ona üzv dövlətlərin Gürcüstanda rolu və fəaliyyəti haqqında dezinformasiyanı və əsassız ittihamları rədd edir və qınayır” – bəyanatda deyilir.

Bununla yanaşı, Avropa İttifaqının Missiyası Peter Fişerin Almaniyanın Xarici İşlər Nazirliyinin diplomata dəstəyini ifadə etdiyi postunu paylaşır.

“Almaniyanın Xarici İşlər Nazirliyi cənab Papuaşvilinin əsassız ittihamlarını qəti şəkildə rədd edir və qınayır. Biz dezinformasiya və insanları bölən narrativlərin yayılmasına görə onun Almaniya–Gürcüstan münasibətlərinə fəal şəkildə balta vurmasından narahatıq. Biz “Gürcü Arzusu”nun nümayəndələri tərəfindən Almaniyanın səfirinə qarşı aqressiv ritorikanı qəti şəkildə qınayırıq. Almaniyanın Tbilisidəki səfiri federal hökumətin mövqeyini təmsil edir. Almaniya bir daha Gürcüstan hakimiyyətini Avropa İttifaqı və Almaniya hökumətinin mövqeləri və siyasəti haqqında yalan narrativləri yaymağa son qoymağa və cari siyasi kursunu dəyişməyə çağırır” – nazirliyin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb ki, Almaniyanın səfiri paylaşımını yazarkən onun dəstək ifadə etdiyi insanlar faşist şüarları ilə “Gürcü Arzusu”nun Tbilisidəki seçki qərargahına hücum edirdilər.