Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarının uzadılması ilə bağlı yenidən razılığa gələ bilmədi və növbəti görüşü sentyabrın 21-nə təyin etdi
Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarının uzadılması ilə bağlı yenidən razılığa gələ bilmədi və növbəti görüşü sentyabrın 21-nə təyin etdi.
Sanksiyaların müddəti sentyabrın 22-si gecə yarısı başa çatır.
Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına görə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalar rejimi Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavabdeh olan 3 000-ə yaxın fiziki və hüquqi şəxsi əhatə edir.
Sentyabrın 14-də Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar rejimini yeddi gün müddətinə uzatmışdı, çünki Slovakiya və Fransa iki rus biznesmenin, Alişer Usmanovun siyahıdan çıxarılmasını yenidən israrla tələb edirlər.