Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı xüsusi nümayəndəsi Maqdalena Qrononun mandatı 2027-ci il avqustun 31-dək uzadılıb
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı xüsusi nümayəndəsi Maqdalena Qrononun mandatı 2027-ci il avqustun 31-dək uzadılıb

Bu gün Avropa İttifaqı Şurası iki xüsusi nümayəndənin mandatının uzadılması ilə bağlı qərar qəbul edib. Onlardan biri Cənubi Qafqaz və Gürcüstandakı böhran məsələlərinə cavabdeh olan Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qronodur.

Onun mandatı 2027-ci il avqustun 31-dək uzadılıb.

“Avropa İttifaqının xüsusi nümayəndələrini Aİ-nin Ali Nümayəndəsi təklif edir və Şura tərəfindən təyin olunurlar. Onların məqsədi Aİ-nin siyasət və maraqlarını konkret region və ölkələrdə, eləcə də Aİ üçün əhəmiyyətli məsələlər üzrə təşviq etməkdir. Onlar islahatların, sabitliyin və qanunun aliliyinin möhkəmləndirilməsi cəhdlərində aktiv rol oynayırlar”, – deyə Avropa İttifaqı Şurasının yaydığı press-relizdə bildirilir.