Avropa İttifaqının Azərbaycandakı Səfirliyi - Yeni fəsil başlayır, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq, dostluq və qarşılıqlı anlayış körpülərini qurmağa davam etdiyimiz üçün şadıq
Yeni fəsil başlayır, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq, dostluq və qarşılıqlı anlayış körpülərini qurmağa davam etdiyimiz üçün şadıq – bu haqda Avropa İttifaqının Azərbaycandakı Səfirliyinin bəyanatında qeyd olunub.
Səfirlik Avropa İttifaqının Azərbaycandakı yeni səfiri Mariana Kuiundziçin təyinatına bəyanatla münasibət bildirir.
Avropa İttifaqının yeni səfiri bu gün etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin gələcək inkişafı üçün əlverişli imkanların mövcudluğundan danışarkən, Mariana Kuiundziç enerji və nəqliyyat sektorlarında uğurlu əməkdaşlığı vurğulayıb və Avropa İttifaqının regional nəqliyyat əlaqələrinin yaradılması üzrə layihələri fəal şəkildə dəstəklədiyini qeyd edib.
Avropa İttifaqının səfiri bəyan edib ki, Avropa İttifaqı minaların təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcək.