Avropa İttifaqının Ədalət Məhkəməsi Ursula fon der Laienin şəffaflıq haqqında qanunu pozub-pozmadığını bu gün müəyyən edəcək
Avropa İttifaqının Ədalət Məhkəməsi Ursula fon der Laienin şəffaflıq haqqında qanunu pozub-pozmadığını bu gün müəyyən edəcək.
Söhbət “Pfizergate” adı ilə bilinən 2021-ci ilin qalmaqalından gedir. Xüsusilə, Ursula fon der Laien, Avropa İttifaqının “Covid-19” peyvəndi üçün milyardlarla dəyəri olan müqavilə imzaladığı “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla ilə gizli yazışma aparırdı.
Avropa Komissiyası bu yazışmanın məzmununu ictimailəşdirməkdən imtina etdi və indi məhkəmə bunun şəffaflıq qanununun nə dərəcədə pozulması olduğunu müəyyən etməlidir.