Avropa İttifaqında Rusiya neftinə tam embarqo qoyulması ilə bağlı razılıq əldə olunmayıb
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Cozef Borrell Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqında Rusiya neftinə tam embarqo qoyulması ilə bağlı razılaşma əldə olunmayıb.
“Rusiyanın neft və qaz idxalını dayandırmaq və ya cəza tariflərinin tətbiqi Putinə təzyiq göstərmək və bu danışıqları masaya çatdırmaq üçün vacib olardı, lakin bu gün Aİ-də bu məsələ ilə bağlı vahid mövqe yoxdur”, – Borrell bildirib.
Onun sözlərinə görə, məsələ Aİ liderlərinin mayın sonuna planlaşdırılan növbəti sammitində müzakirə olunacaq, ona qədər Rusiyanın neft və ya qaz embarqosu ilə bağlı qərar qəbul edilməyəcək.