Avropa İttifaqı və Böyük Britaniya Rusiyadan kömür idxalını dayandırdı
Avropa İttifaqı və Böyük Britaniya Rusiyadan kömür idxalını dayandırdı. Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı olan embarqo avqustun 10-da qüvvəyə mindi.
Avropa İttifaqının Rusiyadan kömür idxalına embarqosu cari ilin aprelində təsdiqlənən beşinci sanksiyalar paketinə daxil edildi.
Qərara əsasən, avqust ayından Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən kömür və digər bərk qalıq yanacaqların Avropa İttifaqında alınması, idxalı və ya daşınması qadağan ediləcək.
Avropa embarqosu Rusiyaya ildə təxminən səkkiz milyard avro gəlir itirdəcək və onun kömür idxalının dörddə birinə təsir edəcək.
Böyük Britaniyada iyulun 21-də Rusiyaya qarşı kömür idxalını qadağan edən sanksiya rejimində dəyişiklik qüvvəyə mindi. Bu dəyişiklik neft və neft məhsulları, kömür və qızıl məmulatlarının idxalını, eləcə də bu malların birbaşa və ya dolayı yolla alınmasını və tədarükünü qadağan edir.
Eyni zamanda, avqustun 9-da Avropa İttifaqının Avropa İttifaqı miqyası iə qaz istehlakını 15 faiz azaltmaq planı qüvvəyə mindi.