Avropa İttifaqı üzvü olmayan ölkələrdən Avropaya gələnlər üçün requlasiyaların sərtləşdirilməsini planlaşdırır
Avropa İttifaqı üzvü olmayan ölkələrdən Avropaya gələn səyahətçilər üçün requlasiyaların sərtləşdirilməsini planlaşdırır. Bu barədə məlumatı Avropa Komissiyasının mətbuat xidməti yayır.
Komissiyada qeyd edirlər ki, koronavirusun yeni variantları və dünyada mövcud olan qeyri sabit durum, səyahət qaydalarının sərtləşdirilməsini əmələ gətirir.
Avropa Komissiyası təşəbbüslə çıxış edir ki, Avropa ittifaqına getmək istəyən bütün vətəndaşlar, “PCR” testinin cavabını təyyarəyə minənə qədər təqdim etməlidir. Testi vətəndaş yola düşənə qədər ən azından 72 saat əvvəl etməlidir.
Yeni təkliflərə əsasən, testin cavabı ilə birlikdə Avropa İtiifaqı üzvü olmayan ölkə vətəndaşının 14 günlük karantində qalması və bu müddətin başa çatmasından sonra daha bir testin etdirilməsi mümkündür.
Avropa Komissiyası təşəbbüslə çıxış edir ki, sərnişinlərin olduğu yerlərinin monitoriniqinin forması yaradılsın.
Bununla yanaşı, Avropa Komissiyasında hesab edirlər ki, Avropa İtiifaqı üzvü olmayan ölkələrdən yolçuluğun alınması üçün bir neçə meyarın nəzərə alınması vacibdir. O cümlədən infeksiyanın yayılması göstəricisi və edilən testlərin sayı.
Daha dəqiq olaraq, son 14 gün ərzində koronavirusun göstəricisi 100 000 əhaliyə 25-dən artıq olmamalıdır. Edilən testlərin sayı isə, son yeddi gün ərzində 100 000 min əhaliyə ən azından 300dən artıq olmalıdır. Həmçinin o da nəzərə alınmalıdır ki, həmin ölkədə virusun fərqli variantı yayılıb ya yox.
Avropa Komissiyasının təklifini Avropa İttifaqı Şurası müzakirə etməlidir.