Avropa İttifaqı üzv dövlətlərə, beynəlxalq təşkilatlara və üçüncü ölkələrə qarşı sabitliyi pozan hərəkətlərə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək

15:43, 08.10.2024

 

Avropa İttifaqı Rusiya tərəfindən Avropa İttifaqına üzv dövlətlərə, beynəlxalq təşkilatlara və üçüncü ölkələrə qarşı sabitliyi pozan hərəkətlərə görə sanksiyaların tətbiqini nəzərdə tutan yeni mexanizmi təsdiqləyib. Bu haqda məlumatı Avropa Şurasının mətbuat xidməti yayır.

Məlumatda deyildiyi kimi, bundan sonra Avropa İttifaqının Rusiyadan gələn hibrid təhlükələrə qarşı müqavimət göstərmək imkanı olacaq. O cümlədən seçki proseslərinə və demokratik təsisatların fəaliyyətinə xələl gətirmək, iqtisadi fəaliyyətə və ya kritik infrastruktura qarşı sabotaj, əlaqələndirilmiş dezinformasiya kampaniyaları, informasiya manipulyasiyası və zərərli kiber fəaliyyətlər, miqrantlardan alət kimi istifadə etmək və s. sadalanıb.

Avropa Şurasının mətbuat xidmətinin bəyanatına əsasən, oxşar hərəkətlərə cavab olaraq Avropa İttifaqı konkret şəxslərin aktivlərini dondurmaq hüququna malik olacaq və Avropa İttifaqında fəaliyyət göstərən şirkətlərə isə sanksiyalar tətbiq edilən şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək. Bununla yanaşı, ola bilsin fiziki şəxslərə də Avropa İttifaqına səyahət məhdudiyyəti qoyulsun.

Oxşar