Avropa İttifaqı uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı planlaşdırır
European Commission President Ursula von der Leyen looks on during a press conference with Norway's Prime Minister at the EU Commission headquarters in Brussels on April 7, 2025. (Photo by Nicolas TUCAT / AFP)
Avropa İttifaqı uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı planlaşdırır
Avropa İttifaqı uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı plan hazırlayır. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası yay mövsümündən sonra uşaqların sosial media platformalarına çıxışını məhdudlaşdıracaq təklif təqdim edəcək.
“Burada söhbət uşaqların sosial mediaya daxil olub-olmamasından getmir. Məsələ ondan ibarətdir ki, uşaqlarımız sosial mediaya nə vaxt çıxış əldə edə bilərlər.
Sual artıq uşaqların onlayn risklərlə üzləşib-üzləşməməsi deyil. Sual budur ki, uşaqların internetdə daha təhlükəsiz olması üçün nə edə bilərik.
Övladlarımızın real dünyada vaxta ehtiyacı var – oynamaq, üzbəüz dostluqlar qurmaq, səhvlər etmək, öz kimliklərini və şəxsiyyətlərini formalaşdırmaq üçün vaxt. Alqoritmlər onları formalaşdırmadan əvvəl bu imkan uşaqlarımıza verilməlidir.
İnanıram ki, biz bu vaxtı uşaqlarımıza verməliyik. Əgər uşaqlığı qorumaq istəyiriksə, ən böyük risklərin olduğu yerlərdən başlamalıyıq.
İlk növbədə uşaqlarımız üçün zərərli olan platformaların növünü nəzərə almalıyıq. Sübutlar göstərir ki, bunlar əsasən sosial media platformalarıdır. Bundan əlavə, yaşa uyğun olmayan və asılılıq yaradan funksiyalara malik digər xidmət təminatçıları da mövcuddur”, – deyə Ursula fon der Leyen bildirib.