Avropa İttifaqı Ukraynanın üzvlük danışıqları çərçivəsində ikinci və üçüncü klasterləri açdı

22:40, 13.10.2026
Flag of Moldova in front of a clear blue sky

Flag of Moldova in front of a clear blue sky

 

Avropa İttifaqı Ukraynanın üzvlük danışıqları çərçivəsində ikinci və üçüncü klasterləri rəsmən açdı.

“Avropa İttifaqı ikinci klasteri – “Daxili bazar”ı və üçüncü klasteri – “Rəqabətqabiliyyətlilik və inklüziv artım”ı açdı” – İrlandiyanın Avropa işləri və müdafiə məsələləri üzrə dövlət naziri Tomas Birn açıqlayıb.

O, Avropa İttifaqının Ukraynanı islahatları, xüsusən də danışıqların fundamental məsələlərini əhatə edən istiqamətlərdə davam etdirməyə çağırdığını bildirib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqına üzvlük danışıqlarının çərçivəsi altı tematik klasterə bölünür. Onların hər biri namizəd ölkələrin öz qanunvericiliklərini Avropa standartlarına uyğunlaşdırmalı olduqları müvafiq sahələri əhatə edir. Üzvlük danışıqlarının ikinci və üçüncü klasterləri daxili bazar və iqtisadi rəqabətqabiliyyətlilik məsələlərini əhatə edir.

Oxşar