Avropa İttifaqı ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə 10 fiziki və 17 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib

17:09, 28.09.2026
This photograph shows the European flags flapping in the breeze in front of the Louise Weiss building headquarters of the European Parliament, in Strasbourg, eastern France on September 17, 2026. (Photo by Jean-Christophe VERHAEGEN / AFP)

This photograph shows the European flags flapping in the breeze in front of the Louise Weiss building headquarters of the European Parliament, in Strasbourg, eastern France on September 17, 2026. (Photo by Jean-Christophe VERHAEGEN / AFP)

Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətlərə görə daha 10 fiziki şəxs və 17 təşkilata qarşı sanksiya tətbiq edib.

Avropa İttifaqı Şurasının məlumatına görə, sanksiyalar ukraynalı uşaqların Rusiya Federasiyasına və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə sistemli şəkildə qanunsuz deportasiyasına və məcburi köçürülməsinə görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara şamil edilib.

Sanksiya siyahısına Moskva Şəhər Turizm Komitəsi, Rusiyadakı uşaq düşərgələri və idman mərkəzləri, həmçinin Şimali Koreyada yerləşən Sondovon Beynəlxalq Uşaq Düşərgəsi daxil edilib.

Avropa İttifaqı Şurasının bəyanatına görə, ukraynalı uşaqlar Sondovon Beynəlxalq Uşaq Düşərgəsinə Rusiya yönümlü narrativlərin yayılması məqsədilə aparılır.

Sanksiyaya məruz qalan şəxslər arasında Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov da var. Aİ-nin məlumatına görə, o, ukraynalı uşaqların Tatarıstan ərazisində yerləşən düşərgələrə qanunsuz deportasiyasına yardım edib.

Sanksiya siyahısına həmçinin Rusiyanın işğal etdiyi ərazilərin təhsil və elm nazirləri və onların müavinləri, eləcə də uşaq düşərgələri və məktəblərin rəhbərləri daxil edilib.

Sanksiyalar çərçivəsində həmin şəxslərin və təşkilatların Avropa İttifaqı ərazisindəki aktivləri dondurulacaq. Fiziki şəxslərə həmçinin Aİ ərazisinə giriş və tranzit keçid qadağası tətbiq olunacaq.

Oxşar