Avropa İttifaqı Ukrayna ilə yük daşımaları üçün vizasız gediş-gəlişin müddətini 2026-cı ilə qədər uzadıb
Avropa İttifaqı Ukrayna ilə “nəqliyyatda vizasız rejim”in müddətini yarım il, 2026-cı ilə qədər uzadıb.
Avropa Komissiyasının veb səhifəsində qeyd edildiyi kimi, yük daşımaları üçün viza rejiminin liberallaşdırılması haqda razılaşma 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq və onun məqsədi Ukraynanın Avropa İttifaqı və qlobal bazarlara çıxışını asanlaşdırmaqdır.
Brüsselin məlumatına əsasən, razılaşma 2022-ci ilin iyunun 29-da qüvvəyə mindikdən sonra Ukrayna ilə Avropa İttifaqı arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə artıb.
Razılaşma bu gün dördüncü dəfə uzadılıb.