Avropa İttifaqı – Ukrayna demokratiyadır, prezident Vladimer Putinin Rusiyası deyil

17:44, 20.02.2025

 
Ukrayna demokratiyadır, prezident Vladimer Putinin Rusiyası isə deyil – Avropa İttifaqı Donald Trampın Volodimir Zelenskini diktator adlandırdığı bəyanatına belə münasibət bildirib.

Avropa İttifaqının nümayəndəsi Ştefan de Kersmaker bildirib ki, Avropa İttifaqının “bu məsələ ilə bağlı birbaşa və aydın mövqeyi” var.

O, “Prezident Zelenskinin azad, ədalətli və demokratik seçkilərdə qanuni olaraq seçildiyini” deyib.

Oxşar