Avropa İttifaqı Türkiyəni demokratik dəyərləri qorumağa çağırır

17:56, 24.03.2025

 

Avropa Komissiyası Türkiyəni Avropa Şurasının üzvü və Avropa İttifaqı üzvlüyünə namizəd ölkə kimi demokratik dəyərləri qorumağa çağırıb.

“Biz istəyirik ki, Türkiyə Avropa ilə bağlı qalsın, lakin bu, demokratik normalara və praktikaya qarşı aydın öhdəlik tələb edir” – Avropa Komissiyasının nümayəndəsi jurnalistlərə deyib.

Məlumat üçün bildirək ki, Türkiyədə etiraz aksiyaları İstanbul meri, müxalif siyasətçi Ekrem İmamoğlunun saxlanılmasından sonra başlayıb. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, martın 19-dan martın 23-dək Türkiyədə keçirilən aksiyalar zamanı aralarında jurnalistlər də olmaqla 1133 nəfəri saxlayıblar. Aksiyaların təşkilatçıları toplaşma azadlığından sui-istifadə, ictimai nizamı pozmağa cəhd, iğtişaşı təhrik etmək və polisə hücum etməkdə ittiham olunurlar. Türkiyə Daxili İşlər Nazirliyi aksiyalar zamanı 123 polisin yaralanması haqda məlumat verir. Bununla yanaşı, qurum nümayişlər zamanı saxlanılan şəxslər arasında terror qruplaşmaları ilə əlaqəli şəxslərin də olduğu haqda məlumatlar yayır.

Oxşar