Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gedib və ölkə prezidenti İlham Əliyevlə görüşəcək
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Azərbaycana gedib.
Antonio Koşta sosial şəbəkədə yazır ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
“Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır. Son bir il ərzində münasibətlərimizi yenidən aktivləşdirdik. Təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat məsələlərində münasibətlərimizi daha da dərinləşdirməyə sadiqik. Həmçinin, sürətlə dəyişən geosiyasi vəziyyəti nəzərə almaqla, ən son hadisələri müzakirə edəcəyik” -Antonio Koşta bildirib.