Avropa İttifaqı Şurası Ukraynaya 3,5 milyard avroya qədər növbəti tranşı təsdiqləyib

17:15, 17.03.2025

 
Avropa İttifaqı Şurası Ukraynaya 3,5 milyard avroya qədər növbəti tranşın ayrılmasını təsdiqləyib.

Ukrayna bu vəsaiti Avropa İttifaqının “Ukrayna Fondu”ndan qrant və kredit şəklində alacaq. Avropa İttifaqı Şurasının məlumatına əsasən, bu mexanizmin məqsədi Ukraynanın makromaliyyə sabitliyinə, bərpasına, yenidən qurulmasına və modernləşməsinə dəstək verməkdir.

Üçüncü tranş nəzərə alınmaqla, son bir ildə fonddan ayrılan yardımın ümumi məbləği 20 milyard avroya çatacaq.

Şuranın bəyanatına əsasən, bu gün Şura belə qənaətə gəlib ki, Ukrayna üçüncü tranşı almaq üçün Ukrayna planında nəzərdə tutulan bütün lazımi şərtləri yerinə yetirib.

Həmçinin, Avropa İttifaqı Şurasının bəyanatına əsasən, Ukrayna bərpa olunan enerjidən istifadənin artırılması, Avropa İttifaqı standartlarına uyğun olaraq sərhədi keçmə prosedurlarının sadələşdirilməsi, kənd təsərrüfatı strategiyasının qəbulu, eləcə də strateji və mühüm xammalların siyahısının hazırlanmasını davam etdirməklə 13 addım atdığını göstərib.

Oxşar