Avropa İttifaqı Şurası Ermənistan ixracının 80 faizinə rüsumların iki il müddətinə müvəqqəti ləğvini təsdiqləyib
Avropa İttifaqı Şurası Ermənistan ixracının 80 faizinə rüsumların iki il müddətinə müvəqqəti ləğvini təsdiqləyib. Tədbirlər Rusiyanın ticarət məhdudiyyətləri tətbiq etməsindən sonra Ermənistan iqtisadiyyatını dəstəkləmək məqsədi daşıyır.
Yeni rejimə əsasən, idxal rüsumları Ermənistan mallarının geniş çeşidi, o cümlədən müəyyən kənd təsərrüfatı məhsulları üçün ləğv ediləcək.
Avropa İttifaqı Şurası qeyd edib ki, bu tədbirlər Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin məqsədlərinə uyğun olaraq Ermənistandan Avropa İttifaqına ticarət axınlarının qorunub saxlanılmasına və gücləndirilməsinə kömək edəcək.