Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib

 

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib.

“Avropa İttifaqı Rusiyaya qarşı bu günə qədər ən sərt sanksiyalar paketlərindən birini təsdiqləyib. Biz qiymətləri artırmağa davam edəcəyik, ona görə də təcavüzü dayandırmaq Moskva üçün yeganə yol olacaq” – Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Kaia Kalas deyib.

Diplomatlar “Reuters” agentliyinə bildiriblər ki, Rusiyaya qarşı ən son sanksiyalar paketi “Böyük Yeddilik” tərəfindən xam neftin barelinin qiymətini 60 dollardan 47,6 dollara azaldacaq.