Avropa İttifaqı Rusiyanı “taxıl razılaşmasına” qayıtmağa çağırır
Avropa İttifaqı Rusiyanı “taxıl razılaşmasına” qayıtmağa çağırır. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali komissarı, Cozef Borel bəyan etdi.
“Rusiyanın taxıl razılaşmasından çıxması qərarı əsas taxıl ixrac marşrutunu risk altında qoyur. Avropa İttifaqı Rusiyanı qərarından dönməyə və taxıl razılaşmasına qayıtmağa çağırır”, – Borel bəyan etdi.
Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyində dünən bəyan etdilər ki, Moskva taxıl ixracı ilə bağlı razılaşmada iştirakını dayandırdığını elan edib.