Avropa İttifaqı - Rusiya və Çin koronavirus barəsində konspirativ teoriyalar yayırlar
Avropa İttifaqının Xarici İşlər Xidmətində bəyan edirlər ki, Rusiya və Çin dövlətinin dəstəyi ilə fəaliyyət göstərən media Avropa İttifaqı və onun qonşuluğunda koronavirus barəsində yalan məlumat və konspirativ teoriyalar yayır.
Avropa İttifaqının dezinformasiyanın yayılmasına qarşı mübarizə aparan strateji komitəsi hesabatı bu gün təqdim edəcək.
Komitənin bəyan etdiyinə görə, Çindən gələn dezinformasiyanın məqsədi ölkənin imicinin yaxşılaşdırlmasına xidmət edir.
Hesabatın müəllifləri bəyan edirlər ki, yalam məlumat ictimai səhiyyə və təhlükəsiliyinə mənfi təsir göstərəcək.