Avropa İttifaqı Qəzzada Nasser xəstəxanasına hücumu qəbuledilməz adlandırır və İsraili istintaq aparmağa çağırır
Avropa İttifaqı İsrail tərəfindən Qəzzada Nasser xəstəxanasına 5 jurnalist, 4 həkim və vətəndaşların həyatını itirməsi ilə nəticələnən hücumu tamamilə qəbuledilməz olaraq qiymətləndirir. Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin bəyanatında deyilir.
Avropa İttifaqı İsrail hakimiyyətini beynəlxalq humanitar hüquqa hörmət etməyə və xəstəxanaya hücumu araşdırmağa çağırır.
“Mülki vətəndaşlar və jurnalistlər beynəlxalq hüquqa uyğun olaraq müdafiə edilməlidir. Avropa İttifaqı bir daha İsraili beynəlxalq humanitar hüquqa hörmət etməyə və bu hücumların araşdırılmasını təmin etməyə çağırır. Həmçinin, Avropa İttifaqı İsrail hakimiyyətinin hərtərəfli təhqiqat aparılacağına dair bəyanatını nəzərə alır. Bu münaqişədə olduqca çox qurban var. Avropa İttifaqı qurbanların ailələri, jurnalistlər cəmiyyəti və ən ağır bədəli ödəməyə davam edən Qəzzada yaşayan bütün dinc sakinlərlə həmrəyliyini bildirir” – bəyanatda deyilir.