Avropa İttifaqı ölkələri 2025-ci ildə Rusiya vətəndaşlarına 620 mindən çox viza verib. Bu, 2024-cü illə müqayisədə 10,2 faiz artım deməkdir
“Euroactiv”in məlumatına görə, Avropa İttifaqı ölkələri 2025-ci ildə Rusiya vətəndaşlarına 620 mindən çox viza verib ki, bu da 2024-cü illə müqayisədə 10,2 faiz artım deməkdir.
Məlumata əsasən, 2025-ci ildə Rusiya vətəndaşları Şengen vizası üçün 670 mindən çox müraciət ediblər, bu isə ötən illə müqayisədə təxminən 8 faiz çoxdur.
“Euroactiv” yazır ki, Ukrayna müharibəsinə görə Avropa İttifaqının Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, ruslar getdikcə daha çox Avropaya səyahətə qayıdırlar.
Nəşrin qeyd etdiyi kimi, bu rəqəmlər Avropanın şərq cinahına yaxın ölkələr (məsələn, Polşa və Baltik ölkələri), müharibəni ekzistensial təhlükə kimi görənlər ilə Fransa, İtaliya və İspaniya kimi Rusiyadan daha az təhlükə hiss edən və uzun illərdir investisiyaları qəbul edən ölkələr arasında geosiyasi fərqi də əks etdirir.
Məlumatda bildirilir ki, Rusiya vətəndaşlarına verilən vizaların təxminən 77 faizi turizm məqsədli olub (477 mindən çox). İkinci ən böyük kateqoriya ailə və dost ziyarətləri, daha sonra isə işgüzar səfərlərdir.
Rusiya vətəndaşlarının vizə müraciətlərinin təxminən üçdə ikisi Fransa, İtaliya və İspaniyanın payına düşüb. Xüsusilə Fransa 2025-ci ildə ruslara verilən vizalarda ən böyük artımı göstərib — 2024-cü illə müqayisədə 23 faizdən çox yüksəliş qeydə alınıb.