Avropa İttifaqı nümayəndəliyi Rusiya və Gürcüstan arasında münaqişənin 11 illiyi ilə bağlı bəyanat yayır
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Rusiya və Gürcüstan arasında münaqişənin 11 illiyi ilə bağlı bəyanat yayır.
“Rusiya Federasiyası və Gürcüstan arasında 2008-ci il avqust münaqişəsindən sonra 11 il keçdi. Bu dövr ərzində Rusiya Federasiyası Abxaziya və Cənubi Osetiyada hərbi nümayəndəliyini nəinki qoruyub saxladı, halbuki artırdı.
Münaqişə ilə zərər çəkən əhalinin fundamental insan hüquqları yenə də pozulur, o cümlədən hərəkət etmə azadlığının məhdudlşdırılması baxımından. Avropa İttifaqı humanitar və təhlükəsizlik məsələlərinin həll olunmasına yönəldilmiş bütün səmimi və qeyri-siyasi cəhdləri alqışlayır və dəstəkləyir.
1990-cı illərdən Avropa İttifaqı Gürcüstanda münaqişələrin sülh yolu ilə həll olunmasına imkanların yaradılmasına çalışırdı. Avropa İttifaqın bu cəhdləri 11 il bundan əvvəl artdı və bu günədək davam edir”, – bəyanatda deyilir.