Avropa İttifaqı Nepala iki milyon avro məbləğində humanitar yardım ayırıb

18:12, 28.08.2026

 

Avropa İttifaqı Nepala iki milyon avro məbləğində humanitar yardım ayırıb.

Maliyyələşdirmə ölkədə ərzaq, səhiyyə, təmiz su və sanitariya normalarına olan təcili ehtiyacları qarşılayacaq.

Bununla yanaşı, Avropa İttifaqı zərər çəkmiş ərazinin xəritəsini çıxarmaq və fəlakət nəticəsində itkin düşənləri tapmaq üçün özünün “Kopernik” peyk xidmətini aktivləşdirib.

Buna qədər isə Birləşmiş Krallığın Nepala 5 milyon funt-sterlinq (6.7 milyon ABŞ dolları), ABŞ-nin isə 500 000 dollar məbləğində humanitar yardım göndərəcəyi bəlli olmuşdu.

Son məlumatlara əsasən, Nepalda daşqın nəticəsində ən azı 540 nəfər həyatını itirib, 1500-dən çox insan isə hələ də itkin düşmüş hesab olunur.

Oxşar