Avropa İttifaqı META-nın platformalarını qaydaları pozmaqda günahlandırır və onları 13 yaş altı yeniyetmələrə sosial media hesabları yaratmağa icazə verməməyə çağırır
Avropa İttifaqı META-nın sosial platformaları olan “Facebook” və “Instagram”ı qaydaları pozmaqda günahlandırır və şirkətin 13 yaşdan kiçik uşaqları qorumaq üçün daha çox iş görməli olduğunu bəyan edir. Bu haqda məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, “Rəqəmsal xidmətlər haqqında” Avropa İttifaqının qanununa əsasən, META ittifaqın 13 yaş altı yeniyetmələrin sosial şəbəkə hesabları yaratmaq hüququnun olmaması ilə bağlı texnoloji qaydalarını pozur.
“Rəqəmsal xidmətlər haqqında” Avropa İttifaqının qanunu böyük texnologiya şirkətlərini öz platformalarında qanunsuz və zərərli məzmuna malik materialların yayılmasına qarşı mübarizə aparmaq üçün daha çox iş görməyə məcbur edir.
Avropa Komissiyasının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə icraçı vitse-prezidenti Hena Virkunenin bəyanatına əsasən, META yeniyetmələri qorumaq üçün, o cümlədən xidmətlərinə çıxış zamanı onları müəyyən etmək baxımından kifayət qədər iş görmür. Onun sözlərinə əsasən, Avropada 13 yaşdan kiçik uşaqların 10-12%-i “Facebook” və “Instagram”dan istifadə edir.
“İlkin rəylərimiz göstərir ki, “Instagram” və “Facebook” bu yaşda olan uşaqların xidmətlərinə çıxışa imkan verməmək üçün çox az iş görür. Şərtlər və qaydalar sadəcə yazılı bəyanatlar olmamalı, uşaqlar da daxil olmaqla istifadəçiləri qorumaq üçün konkret tədbirlər üçün əsas olmalıdır” – Virkunen bildirib.
Medianın məlumatına əsasən, META iddialara cavab verə və Komissiya qərar verməzdən əvvəl tədbirlər görə bilər, əks halda isə şirkət cərimələnəcək.