Avropa İttifaqı Krımın ilhaqına qarşı sanksiyaların müddətini daha bir il uzadıb
Avropa İttifaqı Krımın ilhaqına qarşı sanksiyaların müddətini daha bir il uzadıb. Məlumatı Ukrayna mətbuatı yayıb.
Sanksiyalar ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Bu, ilhaq edilmiş Krım və ya Sevastopoldan məhsulların Aİ-yə idxalına qadağa, habelə işğal olunmuş Krım və Sevastopolda infrastruktur və ya maliyyə investisiyaları və turizm xidmətlərinin qadağan edilməsini əhatə edir.
Medianın məlumatına görə, məhdudiyyətlər müəyyən məhsul və texnologiyaların Krımda yerləşən şirkətlərə ixracına, o cümlədən nəqliyyat, telekommunikasiya və enerji sektorlarına, yaxud neft, qaz və digər ehtiyatların kəşfiyyatı və hasilatına şamil edilir.
Medianın məlumatına görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel fevralın 25-də deyib ki, zorla və qeyri-qanuni ilhaqdan 8 il sonra Aİ Krım yarımadasının qeyri-qanuni ilhaqını tanımır və pisləməkdə davam edir və bunu bir ilhaq hesab edir.