Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa etdiyini təsdiqləyir
Nüvə sazişinin yerinə yetirilməməsinə cavab olaraq, Avropa İttifaqı bu gün İrana qarşı sanksiyaları bərpa edib.
“Diplomatik danışıqlar üçün qapı açıq qalır” – Avropa İttifaqının sədri olan Danimarkanın bəyanatında deyilir.
Avropa İttifaqı tərəfindən yayılmış məlumata əsasən, sanksiyalar İran Mərkəzi Bankı və digər İran banklarının aktivlərinin dondurulmasını, eləcə də bəzi iranlı rəsmi şəxslər üçün səyahət qadağasını əhatə edir.
Avropa İttifaqı həmçinin İrana xam neftin alınması və nəqlini, qızıl və bəzi dəniz texnikasının satışı və ya tədarükünü qadağan edir.
Məlumat üçün bildirək ki, bazar günü nüvə proqramının davam etdirilməsi səbəbilə, BMT İrana qarşı silah embarqosu və digər sanksiyaları bərpa edib.