Avropa İttifaqı “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nu terror təşkilatları siyahısına daxil edib
Avropa İttifaqı “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nu terror təşkilatları siyahısına daxil edib. Bu barədə qərarı Avropa İttifaqının Şurası qəbul edib.
Qərardan əvvəl, yanvarın 29-da Xarici İşlər Şurası razılaşma əldə etmişdi. Siyahıya daxil edildikdən sonra “İslam İnqilabı Keşikçiləri Korpusu”na qarşı Avropa İttifaqının anti-terror sanksiyaları tətbiq ediləcək. Bu, qurumun vəsaitlərinin və digər maliyyə aktivlərinin, eləcə də iqtisadi resurslarının dondurulmasını, həmçinin Avropa İttifaqı tərəfindən maliyyə və iqtisadi resurslara çıxışın qadağan edilməsini əhatə edir.
Bu qərarla Avropa İttifaqının terror siyahısında ümumilikdə 13 şəxs və 23 qrup üçün sanksiyalar tətbiq olunur.