Avropa İttifaqı Gürcüstana koronavirus pandemiyası ilə mübarizə üçün 183 milyon avro ayıracaq
Avropa İttifaqı Gürcüstana yeni koronavirus pandemiyası ilə mübarizə üçün 183 milyon avro ayıracaq.
Avropa Komissiyasında şərq partnyorluğu departamentinin direktoru, Lourens Mereditin “tvitter” səhifəsində yazdığına görə, Avropa İttifaqı 80 milyon avronu təcili ehtiyaclar, 883 milyon avronu isə, qisamüddətli dəstək üçün ayıracaq. Bu məbləğdən 183 milyon arvronu Gürcüstan alacaq.
Qeyd olunan məbləğ koronavirus pandemiyası ilə mübarizədə “Şərq partnyorluğunun” altı üzv ölkəsi, o cümlədən Gürcüstana yardım üçün xərclənəcək.