Avropa İttifaqı ABŞ-dan ixrac olunan sənaye məhsullarına tətbiq edilən tarifləri ləğv edib, Avropa bazarına Amerika məhsullarının müəyyən növlərinin daxil olmasına da icazə veriləcək
Avropa İttifaqı ABŞ-dan ixrac olunan sənaye məhsullarına tətbiq edilən tarifləri ləğv edib, Avropa bazarına Amerika məhsullarının müəyyən növlərinin daxil olmasına da icazə veriləcək

 

Avropa İttifaqında ABŞ-dan ixrac olunan sənaye məhsullarına tətbiq edilən tariflərin ləğv edilməsini imzalayıblar. Məlumat Avropa Şurasının veb saytında dərc edilib.

Press-relizə əsasən, həmçinin Avropa bazarına Amerika dəniz məhsullarının və kənd təsərrüfatı məhsullarının müəyyən növlərinin daxil edilməsi barədə razılığa gəliblər.

Yeni tədbirlər 2029-cu ilin sonuna qədər qüvvədə olacaq.

ABŞ və Avropa İttifaqı arasında ticarət sazişi 2025-ci ilin iyul ayında imzalanıb. Bu saziş çərçivəsində Vaşinqton, Avropadan idxal olunan mallara tətbiq edilən 15%-lik tarif planını qoruyub saxlayacaq, 50%-lik tarifin şamil olunduğu polad istisnadır.