Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avroluq maliyyə resursu ayıracaq
Gürcüstan və Avropa İnvestisiya Bankı (EİB) arasında 250 milyon avro dəyərində maliyyə resursunun ayrılması və müvəffəqiyyətli əməkdaşlıq haqqında, Gürcüstanın baş naziri Mamuka Baxtadze və Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak bugün iqtidar administrasiyasında keçirilən görüşdə söhbət etdilər.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə əsas diqqət nəqliyyat və munisipal infrastrukturun modernizasiyası, kiçik və orta bizneslər üçün əl verişli şəraitlərin yaradılması və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində partnyorluğa və Avropa İnvestisiya Bankı tərəfindən Gürcüstanda müvəffəqiyyətlə həyata keçirilən layihələrə yetirildi.
Avropa İnvestisiya Bankı tərəfindən bugünə qədər ictimai sektorda maliyyələşdirilən layihələrin həcmi 1,33 milyard avro təşkil edir, özəl sektora isə, bank 215,8 milyon avro məbləğində maliyyə resursu ayırıb.