Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti Gürcüstan Konstitusiya Məhkəməsinin sədri və hakimləri ilə görüşdü
Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti Gürcüstan Konstitusiya Məhkəməsinin sədri və hakimləri ilə görüşdü

Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti, Robert Spano Batumidə Gürcüstan Konstitusiya Məhkəməsinin sədri və hakimləri ilə görüşdü.

Robert Spanonun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi ilə Gürcüstan arasında insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq davam etdiriləcək.

“Dəvətə görə Konstitusiya Məhkəməsinə təşəkkür etmək istəyirəm. Bu, Avropa İnsan Hüquqları Məhkəməsi ilə Konstitusiya Məhkəməsi və Ali Məhkəmə arasında davam edən dialoqdur, hansınla da həmçinin Tbilisidə də görüşdük. Bizim nöqteyi-nəzərimizdən məhkəməmizlə milli məhkəmələr arasında yaxşı dialoqu təmin etmək üçün son 20 ildə olduğu kimi prosesin bir hissəsi olmaq vacibdir. Bu, uzun illərdir davam edən əməkdaşlıqdır. Keçən illər ərzində biz milli məhkəmələrin Konvensiya məsələlərinə baxmasında irəliləyişlərin şahidi olduq. Ən əsası odur ki, milli hakimlər konvensiyadan istifadə edirdilər, bizim presedent hüququmuzdan istifadə edirdilər, bunu etsələr, əməkdaşlığımız yaxşılaşacaq və bu deməkdir ki, Gürcüstanda insan hüquqlarının müdafiəsi daha da güclənəcək”, – Robert Spano bəyan etdi.