Avropa İnkişaf Bankı Çernobılın zədələnmiş atom obyektinin bərpası üçün təcili maliyyələşdirməyə ehtiyac olduğunu bəyan edir

18:19, 05.11.2026

 

Avropa İnkişaf Bankı Çernobılın zədələnmiş atom obyektinin bərpası üçün təcili maliyyələşdirməyə ehtiyac olduğunu bəyan edir. Bankın qiymətləndirməsinə əsasən, Çernobıl atom elektrik stansiyasının zədələnmiş mühafizə örtüyünün bərpası təxminən 500 milyon avroya başa gələcək. Bu barədə məlumatı “Politico” yayır.

Bankdan bəyan etdikləri kimi, Rusiyanın hücumları nəticəsində dəymiş ziyana görə mümkün ekoloji fəlakətin qarşısını almaq üçün beynəlxalq maliyyənin cəlb edilməsi zəruridir.

“Politico” yazır ki, oktyabda “Böyük Yeddilik” ölkələri təmir işləri üçün 260 milyon avro ayırmaq öhdəliyi götürüblər, bu da bərpa üçün tələb olunan təxmini məbləğin yarısından çoxdur.

Avropa Yenidənqurma və İnkişaf Bankı 1986-cı ildə partlamış dördüncü reaktorun qalıqlarını örtən polad konstruksiyanı bərpa etmək üçün vəsait toplamağa çalışır. “Yeni Təhlükəsiz Örtük” kimi tanınan konstruksiya 2025-ci ilin fevralında Rusiyanın dron hücumu nəticəsində zərər görüb.

“Bu, yalnız Ukraynanın problemi deyil. Nüvə təhlükəsizliyi qlobal məsələdir və hamını narahat etməlidir” – Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Baso “Politico“ya açıqlayıb.

Reno-Baso, hazırda Çernobıl atom elektrik stansiyasına birbaşa təhlükə olmadığını, lakin zədələnmiş konstruksiyanın 2030-cu ilə qədər təmir edilməsinin mütləq olduğunu açıqlayıb.

“Keçmişdə beynəlxalq ictimaiyyət bu çağırışı həll etmək üçün lazım olan yolları tapa bildi. İndi isə bu problemlə bacara biləcəyimizi və zəruri təhlükəsizliyi təmin edəcəyimizi bir daha sübut etmək çox vacibdir” – Reno-Baso açıqlayıb.

Oxşar