Avropa Birliyi Ukraynaya müdaxilə etdiyi üçün Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay daha uzadıb

22:04, 17.12.2020

Avropa Birliyi Ukraynaya müdaxilə etdiyi üçün Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay daha uzadıb. Reuters bu barədə Avropa Birliyi Şurasına əsaslanaraq xəbər verir.

Avropa Birliyi Moskvanın Ukrayna münaqişəsindəki rolu ilə əlaqədar olaraq Rusiyaya enerji, maliyyə və hərbi sektorlarına görə sanksiya tətbiq etdi və Rusiya ilhaq edilmiş Krımı Ukraynaya qaytarmayacağını və Donbasdakı separatçılara kömək etməyə davam edəcəyini söylədiyinə görə sanksiyalarını dəfələrlə uzatdı.

Sanksiyalar rəsmi olaraq 31 iyul 2021-ci ilə qədər uzadılacaq və AB liderləri iyunda əlavə dəyişiklikləri müzakirə edəcəklər.

Oxşar