Avropa Birliyi Belarusiyaya qarşı sanksiyaları genişləndirib
Avropa Birliyi Belarusiyaya qarşı sanksiyaları genişləndirib. Avropa Birliyi Şurasından edilən açıqlamaya görə, 36 fiziki və hüquqi şəxs “qara siyahı” ya əlavə edildi.
Avropa Birliyinin qeyd etdiyinə görə, dinc nümayişçilərə, müxalifət üzvlərinə və jurnalistlərə, habelə Aleksander Lukaşenko rejimini dəstəkləyən tanınmış iş adamlarına və şirkətlərə şiddətli basqı və təhdiddən məsul olan yüksək vəzifəli məmurlara qarşı sanksiyalar tətbiq edildi.
“Bu qərarın məqsədi məsul siyasətçilərə və iqtisadi aktorlara rejimlərini dəstəkləməyin baha başa gəldiyi barədə güclü bir mesaj göndərməkdir”, – qeyd olunub bəyanatda.
Sanksiyalar səyahət və maliyyə məhdudiyyətlərini əhatə edir.
Hazırda AB-nin “qara siyahısı” nda Belarusiyadan 88 fiziki və yeddi hüquqi şəxs var.
Avropa İttifaqı Belarusa 1 oktyabr tarixində sanksiyalar tətbiq etdi. Daha sonra, 6 noyabrda, sanksiyalar sərtləşdirildi və Belarusda avqust prezident seçkilərindən bəri etiraz aksiyalarının dayandığı hazırkı prezident Aleksandr Lukaşenkoya qarşı məhdudiyyətlər tətbiq edildi.