Avropa Bankının birinci vitse-prezidenti - iqtisadi islahatların ikinci dalğası olan ölkələr arasında Gürcüstan ən yaxşısıdır
Avropa Bankının birinci vitse-prezidenti - iqtisadi islahatların ikinci dalğası olan ölkələr arasında Gürcüstan ən yaxşısıdır

İqtisadi islahatların ikinci dalğası olan ölkələr arasında Gürcüstan ən yaxşısıdır, – bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti, Yurgen Riqterinq baş nazir Giorgi Qaxariya ilə görüşü zamanı bəyan etdi.

Görüş barəsində məlumatı və bəyanatları Gürcüstanın baş nazirinin mətbuat xidməti yaydı.

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidentləri, Yurgen Riqterinq və Alan Pilou ilə Gürcüstan hökumət başçısı Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşdü.

Giorgi Qaxariyanın dəyərləndirməsinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstanın inkişafı gündəmində güclü dəstəkləyicidir və hökumət onlarla məhsuldar əməkdaşlığı dəyərləndirir.

Görüşdə qeyd olundu ki, Gürcüstan Avropa Bankının sərmayələrinin ən iri benefisiyarlarından biridir.

Görüşdə Gürcüstan Maliyyə naziri, İvane Maçavariani və baş nazirin iqtisadi məsələlər üzrə məsləhətçisi, Beka Lilaşvili iştirak edirdilər.

Giorgi Qaxariya Davos Dünya İqtisadi Forumunda iştirak edəcək.