Avroliqa Oyunçular Assosiasiyası Tornike Şenqelianı ən çox hörmət edilən basketbolçu seçib #1TVSPORT

22:38, 16.06.2026

 

Avroliqanın 2025-26-cı illər mövsümü mayın 24-də “Olimpiakos”un çempionluğu ilə başa çatıb. Bu təşkilatın Oyunçular Assosiasiyası mövsümə yekun vurub və Tornike Şenqelianı ən çox hörmət edilən basketbolçu kimi tanıyıb.

Bu hadisəyə “Barselona”nın “Facebook” səhifəsi də reaksiya verib və paylaşımın altına bu şərhi yazıb: “Möhtəşəmsən, Toko”.

Xatırladaq ki, “Barsa” Avroliqanın “pley-in” mərhələsində məğlub olsa da, İspaniya çempionatında final seriyasında oynayır. Seriyanın “Valensiya”ya qarşı ilk matçı iyunun 18-də keçiriləcək və birbaşa reportajı saat 22:00-da “Birinci Kanal İdman”da izləyə bilərsiniz.

Oxşar