Avlabaridə iki insan güman edildiyinə görə, CO ilə intoksikasiya nəticəsində vəfat etdi
Avlabaridə iki insan güman edildiyinə görə, CO ilə intoksikasiya nəticəsində vəfat etdi

Tbilisidə, Ketevan Samebuli küçəsi 29 nömrə ərazisində iki insan güman edildiyinə görə, CO ilə intoksikasiya nəticəsində vəfat etdi. Bu barədə Gürcüstanın Birinci Kanalına “Tbilisi Energy”-nin nümayəndələri bəyan etdilər.

Şirkətin dispetçer və çevik reaksiya mərkəzinin rəhbər,i İrakli Dekanoidze bəyan edir ki, hadisə yaşayış yerinə çevrilmiş köhnə, tərk edilmiş binada baş verdi.

“Bizi FHX qrupu çağırdı. Hadisə yerinə gedərkən yerində iki insan var idi, onları xəstəxanaya apardılar, lakin həkimlərin və polisin bəyan etdiyinə görə, artıq vəfat ediblər. Bu, köhnə tərk edilmiş binadır və yaşayıç evi kimi adlandıra bilmərik, lakin faktdır, yaşayış evi kimi təşkil etmişdilər, çünki yataqlar və başqa məişət əşyaları var. Görünür qazı qanunsuz çəkmişdilər və istifadə edirdilər. Evdə elə avadanlıqlar var idi ki, hansını da bağlı məkanda quraşdırmaq olmaz, qadağandır. Onlar qazın mərkəzi borusundan qazı yaşayış evinə özbaşına çəkmişdilər. Vəfat edənlərdən biri 1990-cı il təvəllüdlü, ikincisi isə, 2008-ci il təvəllüdlü idi. Onların vəfat etməsinin səbəbini müəyyənləşdirmək üçün istintaq aparılır. Lakin ilkin məlumatla bu, CO ilə intoksikasiya nəticəsində baş verdi”, – “Tbilisi Energy”-nin nümayəndəsi bəyan etdi.