Avçalada, Saracişvili küçəsi N15 ünvanında qanunsuz qarajların sökülməsindən sonra park salınacaq
Avçalada, Saracişvili prospekti N15-də qanunsuz qarajların sökülməsindən sonra meydança salınacaq.
Tbilisi meriyasının məlumatına görə, Avçalada, Saracişvili prospekti N15 ünvanındakı yaşayış binasının yaxınlığında təxminən 3 800 kvadratmetr ərazidə istirahət parkı yaradılır.
Hazırda ərazidə qanunsuz qarajların sökülməsi işləri aparılır. Bundan sonra burada uşaqlar üçün əyləncə zonaları, fitnes sahəsi yaradılacaq, xarici işıqlandırma sistemi quraşdırılacaq və piyada yolları salınacaq.
Yeni istirahət məkanında park üçün zəruri digər infrastruktur elementləri də yerləşdiriləcək və yaşıllaşdırma işləri həyata keçiriləcək.
Layihəyə rayon büdcəsindən təxminən 524 min lari vəsait ayrılacaq.
Aparılan işlərlə Gldani rayonunun rəhbəri Besik Kaladze parlament nümayəndəsi Vladimir Bojadze ilə birlikdə tanış olub.