Avqustun 29-da Tbilisinin mərkəzi, Batuminin 1 saylı və Kutaisinin ədliyyə evləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək
Avqustun 29-da Tbilisinin mərkəzi, Batuminin 1 saylı və Kutaisinin ədliyyə evləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək

 

Ədliyyə Evi avqustun 29-da elan olunmuş qeyri-iş günündə hansı ədliyyə evlərinin fəaliyyət göstərəcəyi və hansı xidmət növlərinin mümkün olacağı ilə bağlı məlumat yayır.

Ədliyyə Evinin məlumatında qeyd edildiyi kimi, nikah evləri və zəng mərkəzi avqustun 29-da standart cədvəl üzrə fəaliyyət göstərəcək.

“Nəzərinizə çatdırırıq ki, avqustun 29-da elan olunmuş qeyri-iş günündə Tbilisinin mərkəzi, Batuminin 1 saylı və Kutaisinin ədliyyə evləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Qeyd olunmuş filiallar sürətləndirilmiş rejimdə yalnız şəxslə bağlı əsas xidmətləri göstərəcəklər. Xidmətlərin siyahısını tam şəkildə keçiddə görmək olar. https://psh.gov.ge/news/150

Avqustun 29-da həmçinin hazır sənədlər həm maddi, həm də elektron şəkildə veriləcək. Avqustun 29-da nikah evləri və zəng mərkəzi standart cədvəl üzrə fəaliyyət göstərəcək” – Ədliyyə Evi tərəfindən yayılmış məlumatda deyilir.