Avqustun 15-i üçün xarici valyutanın rəsmi məzənnəsi - Dollar - 2.7263, avro - 3.1870, Britaniya funt sterlinqi - 3.7034 lari
Gürcüstan Milli Bankı tərəfindən dərc olunmuş məlumatlara əsasən, avqustun 15-i üçün bir ABŞ dolları – 2.7263, avro – 3.1870, Britaniya funt sterlinqi – 3.7034 lari olacaq.
Bu gün isə rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2.7226 lari, avro 3.1909 lari, Britaniya funt sterlinqi 3.6943 lari olub.
Bugünkü ticarət nəticəsində yaranan məzənnə sabah, avqustun 15-də qüvvəyə minəcək.