Avqustun 1-dən Türkiyənin Kilis kəməri vasitəsilə Azərbaycan təbii qazının Suriyaya nəqli başlayacaq
Avqustun 1-dən Türkiyənin Kilis kəməri vasitəsilə Azərbaycan təbii qazının Suriyaya nəqli başlayacaq

 

Cari ilin avqustun 1-dən Türkiyənin Kilis kəməri vasitəsilə Azərbaycan təbii qazının Suriyaya nəqli başlayacaq.

Bu layihə Suriyanın zədələnmiş elektrik infrastrukturunu bərpa etmək və Türkiyənin regional enerji mərkəzinə çevrilmək məqsədini möhkəmləndirmək məqsədi daşıyır.

Qeyd etmək lazımdır ki, “SOCAR” və Suriya arasında bu yaxınlarda imzalanmış sənəd çərçivəsində təbii qazın nəqlinə hazırlıq işləri başa çatıb. Birinci mərhələdə Suriyaya illik 1,2 milyard kubmetr təbii qazın göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədində yerləşən Kilis şəhərindən keçəcək və Hələb və Homs elektrik stansiyalarına çatacaq və burada elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1200-1300 meqavatlıq istehsal gücü planlaşdırılır.