Audit Xidmətində bəyan edirlər ki, “Tbilisi Siyasi Araşdırmalar Məktəbi”nin təşkil etdiyi tədbirlə bağlı məlumatı ola biləcək bütün şəxslər dindiriləcək

22:16, 21.09.2026

 

“Tbilisi Siyasi Araşdırmalar Məktəbi” tərəfindən ehtimal ki, qrantın Gürcüstan hökumətinin razılığı olmadan alınması faktı üzrə bütün zəruri addımlar ardıcıl və mərhələli şəkildə həyata keçiriləcək — bu barədə Dövlət Audit Xidmətində bəyan ediblər.

Onların məlumatına əsasən, qeyd olunan məsələ ilə bağlı məlumatı ola biləcək bütün şəxslər dindiriləcək, bütün müvafiq sənədlər araşdırılacaq.

“Dövlət Audit Xidməti monitorinq çərçivəsində ardıcıl və mərhələli şəkildə bütün zəruri addımları atacaq. O cümlədən, qeyd olunan məsələ ilə bağlı məlumat daşıyıcısı ola biləcək bütün şəxsləri dindirəcək və bütün müvafiq sənədləri öyrənəcək” — qurumda bəyan edirlər.

Məsələ “Tbilisi Siyasi Araşdırmalar Məktəbi”nin rəhbəri Armaz Axvledianinin təşkilatçılığı və Avropa Şurasının maliyyələşdirilməsi ilə keçirilən, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin də qatıldığı təhsil seminarı barədə yayılan məlumatdan gedir. Mövcud məlumata əsasən, təşkilatçılar tədbirin maliyyələşdirilməsinə razılıq almaq üçün hökumətə müraciət etməyiblər, bununla da ola bilsin “Qrantlar haqqında” qanun pozulub.

Oxşar